Əminəm ki, muxtar respublika rəhbərinin dəstəyi ilə Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcəkdir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami 3 meqavatlıq Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi zamanı deyib.
“Bu gün 3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Ali Məclisin Sədrini və Naxçıvan sakinlərini təbrik edir, o cümlədən şirkətimizi yenidən seçdiyiniz üçün minnətdarlıq edirik. Artıq 2014-cü ildən etibarən Naxçıvandayam. Bu illər ərzində Naxçıvanda kompleks inkişafın şahidi olmuşam. Heç şübhə yoxdur ki, Naxçıvan Ali Məclis Sədrinin rəhbərliyi altında gələcəkdə daha çox uğurlara imza atacaqdır. Naxçıvanın coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur", - o bildirib.
Rəylər (0):