MR-da il ərzində istifadə olunan enerjinin 50 faizi bərpaolunan mənbələrinin payına düşür - VİDEO

image

Muxtar respublikanın təbii imkanlarından - dağ çaylarının gücündən, bol günəşdən istifadə etməklə elektrik stansiyalarının qurulmasına xüsusi diqqət yetirilir. Bütün bu işlər qısa müddətdə ona görə görülüb ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir, sabitlik və inkişaf vardır. Ölkə Prezidentinin səylərinin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır. Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə inkişaf müşahidə olunur. 

“Berpaolunanenerji.az” xəbər verir ki bu sözləri Şərur rayonunun Zeyvə kəndində yeni günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.

"Muxtar respublikada il ərzində istifadə olunan 430 milyon kilovat-saata yaxın elektrik enerjisinin 50 faizi bərpaolunan enerji mənbələrinin payına düşür",- deyən Ali Məclisin Sədri bildirib ki, bərpaolunan enerjidən istifadə hər bir ölkənin inkişaf göstəricisidir.


 

Video

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *