Naxçıvanda bərpa olunan enerji istehsalı 33 faiz təşkil edib

image

2023-cü il ərzində Naxçıvanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu enerjinin 19,89 faizi su elektrik stansiyalarından, 12,75 faizi günəş elektrik stansiyasından, 67,36 faizi istilik elektrik stansiyalarından əldə olunub.

Renewables.az Nuhçıxan-a istinadən xəbər verir ki, bunu Naxçıvan Dövlət Energetika Xidmətində ötən il görülmüş işlərin müzakirə ilə bağlı keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib.

"Bunun 32 milyon 714 min kilovat-saatı İrandan alınıb, 46 milyon 411 min 416 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 26 milyon 560 min 700 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 19 milyon 120 min 300 kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 327 min 400 kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 1 milyon 970 min 900 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında, 318 milyon 254 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 1 milyon 408 min 137 kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 60 milyon 516 min 708 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Ötən il İrana 33 milyon 341 min kilovat-saat elektrik enerjisi verilib", - N. Paşayev bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *