Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 30,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,55 mln. kVt-saat və ya 5,4 faiz çoxdur.
Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 3,65 mln. kVt-saat, günəş elektrik stansiyalarında 2,74 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.
Rəylər (0):