Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 59,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,59 mln. kVt-saat və ya 8,3 faiz çoxdur.
Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 8,1 mln. kVt-saat, günəş elektrik stansiyalarında 7,2 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.
Rəylər (0):