Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 177,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 mln. kVt-saat və ya 0,7 faiz çoxdur.
Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 79,2 mln. kVt-saat, günəş elektrik stansiyalarında 24,2 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.
Rəylər (0):