Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
Renewables.az bu barədə muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 45 %-i istilik elektrik stansiyalarında, 42 %-i su elektrik stansiyalarında, 13 %-i isə günəş elektrik stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin həcmi 20 %-ə yaxın artıb.
Rəylər (0):