Naxçıvanda hidroenerji istehsalı azalıb, günəş enerjisi istehsalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ildə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə Su Elektrik Stansiyalarında (SES) 102,52 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 56,41 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

"Renewables.az" xəbər verir ki, 2021-ci illə müqayisədə SES-lərdə 27,78 mln. kVt-saat və ya 21,3 faiz az, GES-lərdə 5,21 mln. kVt-saat və ya 10,2 faiz çox elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, 2021-ci ildə Naxçıvanda SES-lərdə 130,3 mln. kVt-saat; GES-lərdə isə 51,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *