Naxçıvanda yaşıl enerji layihələrinin reallaşdırılması müzakirə edilib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəhbərliyi və "Masdar", "ACWA Power", "Fortescue Future Industries" şirkətlərinin nümayəndələri Naxçıvana səfər ediblər.

"Renewables.az" AREA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüş keçirilib.

Dövlət Xidmətinin ümumi enerji sistemi və bərpa olunan enerji layihələri barədə məlumatı dinlənilib. Muxtar Respublikanın geniş bərpa olunan enerji potensialının olduğu diqqətə çatdırılıb, sənaye miqyaslı yaşıl enerji layihələrinin reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Nümayəndə heyəti Babək rayonunda yerləşən günəş elektrik stansiyasına baş çəkib.

Daha sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə günəş və külək enerjisi ərazilərinin ayrılması ilə bağlı müzakirələr aparılıb. Yaşıl enerji layihələri üçün seçilmiş ərazilərə baxış keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *