Cari ilin yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı 19 mlrd. 235,4 mln. kVt-saat, ixracı 858,9 mln. kVt-saat, idxalı 125,5 mln. kVt-saat olub.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir paylaşımında qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 mlrd. 771,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl” enerjinin payı 14 % olub.
Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara görə, 8 ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 16 mlrd. 463,6 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) 2 mlrd. 138,4 mln. kVt-saat, digər mənbələr üzrə (günəş, külək və bioenerji) isə 633,4 mln. kVt-saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 37,9 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 424,3 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 mlrd. 531,1 mln. kVt-saat) nisbətən 1 mlrd. 240,7 mln. kVt-saat artaraq 2 mlrd. 771,8 mln. kVt-saat təşkil edib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16 mlrd. 975,0 mln. kVt-saat (İES-lərdə 14 mlrd. 989,0 mln. kVt-saat, SES-lərdə 1 mlrd. 986,0 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 mln. kVt-saat (İES-lərdə 151,7 mln. kVt-saat, SES-lərdə 139,7 mln. kVt-saat, GES-də 43,1 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 mlrd. 897,4 mln. kVt-saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 mln. kVt-saat, idxalı isə 125,5 mln. kVt-saat olub.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 966,3 mln. kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 338,0 mln. kVt-saat, idxalı isə 13,4 mln. kVt-saat təşkil edib.
Rəylər (0):