Energetika naziri Pərviz Şahbazov “Gələcəyə körpü” devizi altında keçirilən 5-ci Rumıniya Beynəlxalq Qaz Konfrasında iştirak edib.
"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, Pərviz Şahbazov Rumıniyanın Baş naziri Nikolay Siukanın iştirakı ilə keçirilən nazirlər iclasında, həmçinin “Vizyondan reallığa” adlı nazirlər panelində çıxış edib. Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib.
Uzunmüddətli perspektivdə isə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planları diqqətə çatdırılıb. Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və “yaşıl enerji” dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb. Ölkəmizin “yaşıl enerji” üzrə də etibarlı tərəfdaşa çevriləcəyi və bu yeni əməkdaşlıq prioritetlərinin Rumıniya ilə enerji tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcəyi bildirilib.
Rəylər (0):