Nazir: "Hədəfimiz bərpaolunan enerjinin payını 2025-ci ildə 24 %-ə, 2030-cu ildə 30 %-ə çatdırmaqdır

image

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçilməsi Azərbaycanın müasir enerji siyasətinin qlobal trendlərə uğun prioritetləri və energetika sektorunda islahatların başlıca məqsədləridir. 

"Berpaolunanenerji.az" xəbər verir ki, bu haqda energetika naziri Pərviz Şahbazovun "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Hədəfimiz ölkəmizin ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını hazırkı 17,3 %-dən 2025-ci ildə 24 %-ə, 2030-cu ildə isə 30 %-ə çatdırmaqdır. Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarımızla artıq reallaşdırırıq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *