Nazir müavini: "Elektroenergetika haqqında" qanun layihəsi energetika sistemində islahatlara hüquqi zəmin yaradır"

image

Bu gün müzakirə edilən “Elektroenergetika haqqında” qanun layihəsi (birinci oxunuş) energetika sistemində islahatların həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üçün hüquqi zəmin yaradır. Müstəqilliyin ilk illərində formalaşdırılmış elektroenergetika modeli 30 il ərzində rəqabətə uyğun olaraq istehsal güclərinin artırılmasını, ötürücü və paylayıcı şəbəkə sisteminin inkişafını, istehlakçıların üzləşdiyi problemlərin həllini, əlçatanlığını təmin edib. Amma müasir çağırışlara cavab verən elektroenergetika sisteminin transformasiya vəzifəsini yerinə yetirməsi mövcud modelin dəyişdirilməsini zəruri edir.

"Renewables.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin fevralın 21-də keçirilən iclasında energetika nazirinin müavini Samir Vəliyev deyib.

“Mövcud model də resurslardan səmərəli istifadəni tam stimullaşdırmır, etibarlılıq və dayanıqlılıq dövlətin böyük maliyyə yükü hesabına təmin olunur, burada həm dövlət investisiyalarından, həm də subsidiyalardan, birdəfəlik ödənişlərdən söhbət gedir. Generasiya sistemi özəl investisiyalar üçün əlverişli mühiti təmin etmir. Belə ki, istehsalın böyük qismi və ötürücü şəbəkə funksiyaları bir qurumda cəmləşib, burada maraqların ziddiyyəti baş verir. Bu səbəbdən özəl investorlar risklərdən qorunmaq üçün dövlətdən zəmanətlər tələb edirlər”, - deyə nazir müavini bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *