Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 21,3 %-ni təşkil edir.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
P.Şahbazov məqaləsində əlavə edib: "Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 MVt-a çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 324,8 MVt və ya 4 % artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6 623 MVt olan 22 istilik elektrik stansiyası, 1 406,6 MVt-lıq 58 su elektrik stansiyası, 278,1 MVt gücündə 9 günəş elektrik stansiyası, 63,7 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir".
Rəylər (0):