OPEC Fondu Azərbaycanda tikiləcək külək stansiyasını maliyyələşdirə bilər

image

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Xızı-Abşeron" külək elektrik stansiyası layihəsinə təxminən 200 milyon dollara qədər vəsait qoymağı planlaşdırır.

Renewables.az-ın məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakı Gəmiqayırma Zavodunda "Xızı-Abşeron" külək elektrik stansiyasının pərlərinin Bakıya gətirilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, "Xızı-Abşeron" külək elektrik stansiyası layihəsinin dəyəri təqribən 345 milyon dollar civarında hesablanıb: "Bu maliyyələşmə layihə maliyyələşməsi əsasında, yəni şirkətin öz maliyyəsi və eyni zamanda, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş maliyyə vəsaitləri hesabına həyata keçirilir. Bu layihədə beynəlxalq maliyyə institutları olaraq Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda OPEC Fondunun çıxış edəcəyi gözlənilir. Bank bu layihəyə təxminən 200 milyon dollara qədər vəsait qoymağı planlaşdırır".

"Belə irihəcmli vəsaitin Azərbaycan iqtisadiyyatına beynəlxalq maliyyə institutları tərəfindən cəlb olunması ölkədə formalaşmış dayanıqlı və əlverişli investisiya mühitinin investorlar üçün tam şəkildə şəffaf və aydın mühitin formalaşdırılmasının ən bariz göstəricilərindən biridir", - C.Abdullayev vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *