OPEC Fondu "Xızı-Abşeron" KES-in inşasına ayrılan krediti təsdiqləyib

image

OPEC Beynəlxalq İnkişaf Fondunun İdarəedicilər Şurası Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) inşası layihəsini maliyyələşdirmək üçün Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin "ACWA Power Wind Azerbaijan Renewable Energy" törəmə şirkətinə 50 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Renewables.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Kredit elektrik təchizatının yaxşılaşdırılmasına, enerji strukturunun diversifikasiyasına və karbon emissiyalarının azaldılmasını dəstəkləmək məqsədilə KES-in tikintisi üçün nəzərdə tutulub. 

Qeyd edək ki, OPEC Fondu Azərbaycanda 240 MVt gücündə "Xızı-Abşeron" külək enerjisi layihəsini dəstəkləmək üçün ACWA Power şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırıb

Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvarında Prezident İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *