Pakistanın Baş naziri Azərbaycanı ölkəsində günəş enerjisinə sərmayə qoymağa dəvət edib

image

Bizim Günəş enerjisi sahəsində potensialımız var.

Renewables.az xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Baş nazir deyib: "Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni, nefti idxal etmək məsələsini Günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Biz hətta bu enerjini ixrac edə bilərik, bu mümkündür. Çünki bizim bu sahədə potensialımız 10 min meqavata bərabərdir. Sizi də dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə də Azərbaycan iştirak edə bilər, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun. Biz, eyni zamanda, enerji sahəsində Sizin nümayəndə heyətinizi gözləyirik ki, bu sahəyə, neft, neft-kimya və Günəş enerjisi sahələrinə sərmayə cəlb edə bilək".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *