Pakistanla bərpa olunan enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub

image

Energetika naziri Pərviz Şahbazov Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə görüşüb.

"Renewables.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib.

Enerji əməkdaşlığı gündəliyinin bərpa olunan enerji, enerji səmərəliliyi sahələrini də əhatə etməsinin vacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının aktual istiqamətləri və perspektiv layihələrdə iştirakla bağlı məsələlərin enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində dəyərləndirilməsi tövsiyə edilib.

Pakistan nümayəndə heyəti tərəfindən Azərbaycan şirkətlərinin enerjinin müxtəlif sahələrində investor qismində iştiraklarına maraq ifadə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *