Pərviz Şahbazov: "2022-ci ildə bərpa olunan enerji ümumi istehsalın 7 %-ni təşkil edib"

image

2022-ci ilin yanvar-dekabr aylarında su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 1 945,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

"Renewables.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.

Məlumata görə, ötən il bərpa olunan enerji mənbələrindən (su, külək, günəş və bioenerji) enerji istehsalı ümumi istehsalın 7 %-ni təşkil edib.

"2022-ci ildə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 4 % artaraq 28 988,5 mln. kVt-saat, ixrac 3 003,8 mln. kVt-saat, idxal isə 137,1 mln. kVt-saat olub", - nazir əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *