Pərviz Şahbazov: "Almaniyanın "Notus" şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir"

image

Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvanda külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın ixracı strateji hədəfdir.

Renewables.az-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu işlərin görülməsinə artıq başlanılıb və bu, Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün hazırlanan Konsepsiyada nəzərdə tutulub: "Həmçinin Almaniyanın "Notus" şirkəti Naxçıvanda "yaşıl enerji" layihələri reallaşdırmaq niyyətindədir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *