Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı ümumi istehsalın 8 faizini təşkil edib.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsindəki hesabında bildirilib.
"Yanvar-sentyabr aylarında su da daxil olmaqla bərpa olunan mənbələrdən 1684.1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib", - nazirin paylaşımında deyilir.
2023-cü ilin 9 ayı üzrə elektrik enerjisinə dair operativ göstəricilərə əsasən, su elektrik stansiyalarından 1 417.1 mln. kVt-saat, külək elektrik stansiyalarından 44.6 mln. kVt-saat, günəş elektrik stansiyalarından 53.2 mln. kVt-saat, tullantıların yandırılmasından 169.2 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Rəylər (0):