Pərviz Şahbazov: "Bərpa olunan enerji mənbələrindən 831.4 mln kVt-saat elektrik enerjisi istehsal edilib"

image

Bu ilin yanvar- may aylarında su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 831.4 mln kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında məlumat verib.

Məlumata görə, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumi istehsalın 7 faizini təşkil edib.

Nazirin digər tvitinə görə, yanvar-may aylarında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 5.6 faiz artaraq 11 886.5 mln. kVt-saat, ixrac 1253.7 mln. kVt-saat, idxal isə 50.3 mln. kVt-saat olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *