Pərviz Şahbazov İtaliyada keçiriləcək WFEG-in Nazirlər iclasında iştirak edəcək

image

Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir 6 noyabr tarixində Roma şəhərində keçiriləcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group–WFEG) birinci Nazirlər iclasında iştirak edəcək.

İtaliyanın baş naziri Giorgia Meloni və AEBA-nın baş direktoru Rafael Mariano Qrossinin həmsədrlik edəcəyi tədbirdə termo nüvə enerjisini inkişaf etdirmək üçün inklüziv və qlobal yanaşmanın mənimsənilməsi, WFEG çərçivəsində qlobal səylərin təşviqinə dair fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *