Ölkəmizin yaşıl enerji, yaşıl investisiya planları uğurla reallaşır.
Renewables.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Enerji tariximizdə ilk xarici sərmayə əsaslı ən böyük - 230 MVt-lıq GES (Günəş Elektrik Stansiyası - red.) istifadəyə verildi. Stansiyanın şəbəkəyə qoşulması üçün 330 kV-luq yarımstansiya da tikilib. 262 milyon dollar investisiya hesabına inşa olunmuş "Qaradağ" GES-də ildə 500 mln. kVt-saat elektrik enerjisi istehsal ediləcək", - nazir paylaşımında qeyd edib.
Rəylər (0):