"Neft-qazdan tamamilə imtina 85%-i karbohidrogenlərdən, 55%-i neft-qazdan ibarət mövcud enerji sisteminin az bir vaxtda transformasiyasının və enerji trilemmasının həlli deyil. Enerji təhlükəsizliyi, iqtisadi əlçatanlıq və ekoloji davamlılıq nəzərə alındıqda enerji keçidi kifayət qədər uzun bir prosesdir".
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” 6-cı Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir, həmçinin neft-qaza mövcud münasibəti enerji təhlükəsiziliyi ilə yanaşı, ətraf mühit üçün də problemlərə yol açan, enerji bazarlarında qeyri-sabitliyi artıran yanaşma kimi dəyərləndirib: "Balanslaşdırılmış enerji sisteminə nail olmaq üçün neft və qaz sahəsinə investisiyaların davam etdirilməsi zərurəti şübhə altına alınmamalı, paralel olaraq bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməlidir. Məhz özünün və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmiş ölkələr düzgün, rasional enerji keçidi siyasət həyata keçirə bilirlər”.
Rəylər (0):