Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

image

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib.

Renewables.az President.az saytına istinadən xəbər verir ki, Sultan Əhməd Əl-Cabir BƏƏ-nin COP28-in sədri və ev sahibi olaraq Azərbaycanla yaxından işləməkdən məmnunluğunu bildirərək, COP29 ilə bağlı BƏƏ-nin Azərbaycana dəstəyini əsirgəmədiyini diqqətə çatdırdı, bu istiqamətdə birgə işləməyə və əməkdaşlığa hazır olduqlarını vurğuladı.

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin yaşıl enerji sahəsinə BƏƏ tərəfindən yatırılan investisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və bu istiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *