Dünya Bankı Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dəstək göstərir.
Renewables.az-ın "Report"a istinadən məlumatına görə, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays deyib.
“Bu proqramın həyat qabiliyyətini qiymətləndirmək üçün texniki, iqtisadi, maliyyə və institusional və hüquqi aspektləri nəzərdən keçirəcək texniki-iqtisadi əsaslandırmanın 2024-cü ilin iyulunda hazır olması gözlənilir”, - o bildirib.
Rəylər (0):