Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər”i təsdiq edib.
Renewables.az-ın məlumatına görə, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
“Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər” isə işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında) “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 3 may 2021-ci il tarixli sərəncamının icrası məqsədi ilə hazırlanıb və damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələbləri müəyyən edir.
Nazirliyin Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Rəylər (0):