Hazırda Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik enerjisi stansiyası inşa edilir.
Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin səlahiyyətli nümayəndəsi Emil İbadov jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
Onun sözlərinə görə, bu elektrik stansiyaların ümumi gücü 270 meqavat təşkil edəcək.
"Qarabağ və Şərqi Zəngəzur tam olaraq "yaşıl enerji" ilə təmin etmək iqtidarındadır. Artıq qalan "yaşıl enerji" isə xaricə ixrac olunacaq. Regionda gücü 150 meqavata bərabər olan daha 30 yeni stansiya layihəsinin icrası üçün potensial var. Bütün bu stansiyalar regionları tam elektrik enerjisi ilə təmin etməyə qadirdir. “Azərenerji” ildə 600 milyon kilovat yaşıl enerji istehsal edir. Bununla 160 milyon kubmetr təbii qaza qənaət olunur, üç milyon tona qədər karbon qazının havaya buraxılmasının qarşısı alınır", - E. İbadov deyib.
Rəylər (0):