Qaz İxrac edən Ölkələr Forumunda Azərbaycanda bərpa olunan enerji istiqamətində atılan addımlardan danışılıb

image

Energetika nazirinin müavini Kamal Abbasov oktyabrın 10-da Ekvatorial Qvineya Respublikasının Malabo şəhərində keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 25-ci Nazirlər iclasında iştirak edib.

Renewables.az-a Nazirlikdən verilən məlumata görə, nazir müavini çıxışında GECF-in təbii qaz hasil edən ölkələr arasında əməkdaşlıq və dialoq platforması kimi əhəmiyyətini qeyd edib.

Təbii qazın digər ənənəvi enerji daşıyıcıları ilə müqayisədə ekoloji cəhətdən daha təmiz yanacaq kimi qlobal enerji keçidində mühüm rolu vurğulanıb. Azərbaycanın təbii qaz ehtiyatları, hasilatı, ixracı və son nailiyyətləri, eləcə də ölkədə istixana qazları emissiyalarının azaldılması və bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *