Qəri Counz: “Naxçıvan və Şərqi Zəngəzur böyük enerji potensialı ilə seçilir”

image

Azərbaycanın xüsusilə Naxçıvan və Şərqi Zəngəzur bölgələri böyük günəş, külək, geotermal və hidroenerji potensialı ilə seçilir.

Renewables.az xəbər verir ki, bunu Naxçıvan şəhərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyada bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.

Azərbaycanın möhtəşəm enerji tarixinin bir hissəsi olmaqdan böyük qürur duyduğunu qeyd edən bp rəsmisi bundan sonra da ölkənin enerji gələcəyinin formalaşmasına dəstək verməyə hazır olduqlarını ifadə edib. O, Naxçıvan və Şərqi Zəngəzurun böyük enerji ilə seçildiyini, bu rəngarəngliyin xalis sıfır emissiya üçün ideal imkan yaratdığını, ölkənin etibarlı enerji tərəfdaşı kimi bp-nin bu potensialı maksimum dərəcədə inkişaf etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Q.Cons: "Naxçıvanın günəş enerjisi baxımından çox böyük potenisalı var. Burada günəş panellərinin quraşdırılması və geniş ixrac potensialı yaratmaq üçün əlverişli şərait mövcuddur. Biz bu barədə çox eşitmişik və mən düşünürəm ki, bu region üçün çox böyük fürsətdir. Keçən il enerji layihələri üçün Şuşada görüşmüşdük. Bu il də Naxçıvanda qismət oldu. Səmimi deyim ki, bura gəlmək hər insana nəsib olmur. Buna görə özümü şanslı hesab edirəm. Günün davamında Naxçıvanın tarixi-mədəni yerlərini kəşf etmək üçün səbirsizlənirəm".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *