Azərbaycan yaşıl enerjiyə keçid prosesində bir çox maraqlı tərəfləri əməkdaşlığa cəlb edib. Maraqlı tərəflərlə güclərin birləşdirilməsi bu istiqamətdə daha böyük nailiyyətlərə çatmağa imkan yarada bilər.
Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.
O bildirib ki, Azərbaycan bir çox ölkələrə enerji təchizatının həcmini artırmaqla yanaşı, onların enerji təhlükəsizliyini də təmin edir.
“Yay Enerji Məktəbinin təşkili bu kimi məsələlərin müzakirəsi baxımından çox uyğun platformadır”,- deyə R.Nəcəf vurğulayıb.
Rəylər (0):