San-Tome və Prinsipi Respublikası Azərbaycanın BOEM sahəsindəki təcrübəsində maraqlıdır

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətini məlumat yayıb.

Söhbət zamanı ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin olduğunu deyərək, həmin təcrübənin ölkəsi üçün də maraqlı olacağını diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan nümayəndə heyətinin tezliklə həmin ölkəyə səfərinin və birgə layihələrin yerində müzakirə olunmasının önəmi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün həmçinin Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi və Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə də görüşüb. Hər iki görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *