Səfir bərpa olunan enerji mənbələri ilə bağlı layihələrdə ABŞ şirkətlərinin iştirak edəcəyinə inandığını bildirib

image

“Azərbaycanın azad olunmuş bölgələrində aparılan yenidənqurma işlərində ABŞ-dan daha çox şirkətin iştirak etməsini istərdik”.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.

“Ağdamda olanda hər şeyi öz gözümlə gördüm. Bərpa işlərində iştirak edən daha çox ABŞ şirkətləri görmək istərdim. Onları cəlb etmək üçün daha çox açıq tenderlər keçirilməli, işgüzar mühit daha əlverişli vəziyyətə gətirilməlidir. Azərbaycan böyük potensiala malikdir, biz də təcrübəmizi bölüşməyə hazırıq” – deyə səfir qeyd edib.

Azad olunmuş ərazilərin həmçinin yaşıl enerji ilə bağlı da imkanlarını dilə gətirən amerikalı diplomat bərpa olunan enerji mənbələrilə bağlı layihələrdə də ABŞ şirkətlərinin iştirak edəcəyinə inandığını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *