“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən suvarmada bərpa olunan enerji mənbələrindən istifadə olunması ilə bağlı pilot layihələrin hazırlanması və həyata keçirilməsi tədbirinin icrası üzrə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki Qobustan Hibrid Stansiyasında və Samux Aqroenerji Kompleksində artezianlarla suvarmada bərpa olunan enerji mənbəyindən istifadə üzrə təcrübələr aparılıb, pilot layihələr həyata keçirilib.
"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.
Bundan əlavə özəl şirkətlər tərəfindən (Provitaz MMC, Solaris MMC və s.) Aran rayonlarında su çıxmayan və elektrik şəbəkəsi olmayan ərazilərdə fermerlər üçün bir sıra suvarma və işıqlandırma sistemləri quraşdırılıb. İşğaldan azad edilmiş, lakin hələlik elektrik şəbəkəsi ilə təmin edilməmiş ərazilərdə, məsələn, Ağdam rayonunda, artezian və damcılama suvarma sisteminin enerji tələbatı günəş panelləri hesabına təmin edilib.
Rəylər (0):