TDƏŞ ölkələri “yaşıl iqtisadiyyat” sahəsində əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb

image

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forum keçirilib.

“Berpaolunanenerji.az”ın məlumatına görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumun açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.

İqtisadiyyat naziri 44 günlük Vətən müharibəsi dövründə Türk Şurasının Azərbaycana böyük dəstək verdiyini vurğulayıb. Qeyd edilib ki, azad edilmiş ərazilərimizin bərpasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin böyük marağı və bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəkləri yüksək qiymətləndirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumda tikinti, nəqliyyat-logistika, kənd təsərrüfatı, qida sənayesi, bərpaolunan enerji, yüngül sənaye, turizm, mədənçilik və digər sahələrdə fəaliyyət göstərən çoxsaylı iş adamının iştirakı türkdilli ölkələrin dostluq və qardaşlığının daha bir nümunəsidir.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanın nümayəndə heyətlərinin rəhbərləri və digərləri çıxışlarında sahibkarlıq, investisiya, “yaşıl” iqtisadiyyat, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, təmsil etdikləri ölkələrin şirkətlərinin Qarabağın bərpası və yenidən qurulmasında iştirakda marağını ifadə ediblər.

Tədbir çərçivəsində Qarabağın bərpası və yenidən qurulması istiqamətində görüləcək işlər barədə təqdimat keçirilib.

Forum işini ikitərəfli görüşlərlə davam etdirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *