Tələbələrin Qaradağ Günəş Elektrik Stansiyasına səfəri təşkil edilib

image

Yerli universitetlərdə təhsil alan tələbələrin 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasına səfəri təşkil edilib.

Renewables.az xəbər verir ki, tələbələr Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının ərazisi ilə tanış olublar.

Səfər çərçivəsində keçirilmiş təlimlərdə tələbələrə günəş panellərinin quraşdırılması, fəaliyyət prinsipləri və tətbiqi barədə ətraflı məlumatlar verilib.

Səfərdə SPE Energy School təlim proqramında iştirak edən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və UFAZ-da mühəndislik sahəsində təhsil alan 20 tələbə iştirak edib.

Qeyd edək ki, səfərin təşkilatçısı SPE Energy School Beynəlxalq Neftçi Mühəndislər Cəmiyyətinin daxilində yaradılan və hər il 7 ay müddətində təmannasız şəkildə tədris edilən təlim proqramıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *