Ukrayna səfiri Azərbaycanın energetika naziri ilə görüşüb, humanitar dəstəyə görə təşəkkür edib

image

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusyev Azərbaycann energetika naziri Pərviz Şahbazovla görüşüb.

Renewables.az xəbər verir ki, diplomat bu barədə “X”də yazıb.

"Azərbaycanın energetika naziri ilə məhsuldar görüşüm olub. Enerji sistemimizə göstərilən humanitar yardıma görə nazirə minnətdarlığımı bildirdim. Görüş zamanı ölkələr arasında enerji sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyət və perspektivlər müzakirə edilib”, - o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *