Uniper şirkətinin təmsilçisi: "Biz Çilov adasında artıq kiçik külək enerjisi stansiyasını istismara vermişik"

image

“Uniper” şirkəti dekarbonlaşdırmaya 2035-ci ildə kömürdən tamamilə imtina edərək enerjinin istehsalına tam sadiqdir.

"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə “Uniper” şirkətinin təmsilçisi Peter Hohaus söyləyib.

"Bu səbəbdən növbəti enerji keçidi üçün biz SOCAR ilə artıq birgə işçi qrupu yaratmışıq ki, ölkənizdə yaşıl hidrogenin potensialını araşdıraq. Biz Çilov adasında artıq kiçik külək enerjisi stansiyasını istismara vermişik. Gələn illərdə bərpaolunan enerji potensialının çox yüksək olduğunu görürük və bilirik", - Hohaus bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *