Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən icra edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında (KES) külək turbinlərinin quraşdırılması işlərinə başlanılıb.
Renewables.az-ın xəbərinə görə, Abşeron ərazisində ilk külək turbininin gövdəsi quraşdırılıb və işlər davam etdirilir.
Qeyd edək ki ilkin hesablamalara görə, stansiya tərəfindən istehsal olunacaq illik 1 milyard kilovat-saata yaxın elektrik enerjisi 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 300 milyon dollardan çoxdur və tam olaraq xarici investisiya hesabına həyata keçirilir.
Rəylər (0):