"Xızı-Abşeron" Külək Elektrik Stansiyasında (KES) quraşdırılacaq külək turbinlərinin pərlərinin (qanadlarının) stansiyanın ərazisinə daşınmasına başlanılıb.
Renewables.az-ın xəbərinə görə, pərlər Bakı Gəmiqayırma Zavodundan stansiyanın tikiləcəyi əraziyə aparılır.
Qeyd edək ki, bir pərin uzunluğu 84 metrdir.
Xatırladaq ki, ötən həftə “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən “Xızı-Abşeron” KES-in 4 ədəd turbinə aid 12 ədəd pər qanadı Bakıya gətirilib. Digər turbinlərin komponentləri qrafikə uyğun olaraq gətirilir. Quraşdırma Abşeron ərazisində başlayacaq və ilk 8 turbin bu sahədə quraşdırılacaq.
Rəylər (0):