"Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarında işlər yekunlaşmaq üzrədir

image

Layihənin tamamlanması nəticəsində hər iki SES-dən 716 mln. kVt⋅saat (hər iki tərəf üçün bərabər bölünəcəkdir) elektrik enerjisi istehsal ediləcək. Bundan əlavə, Azərbaycan tərəfində 252 min hektar mövcud əkin sahəsinin suvarılmasının yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahəsinin suvarılması mümkün olacaq.

Bu barədə "Berpaolunanenerji.az"a energetika nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib. Sitat: ""Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, ölü həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılmışdır. “Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, ölü həcmi isə 7,5 milyon kubmetr təşkil edir. Su anbarında işlər 95% tamamlanmışdır. Layihə üzrə işlər 2-2.5 il ərzində tam başa çatdırılacaq."

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *