“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, “Yaşıl enerji” zonalarının yaradılması iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə töhfə verir”.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda BMT gününə həsr edilmiş tədbirdə deyib.
Bundan başqa, onun sözlərinə görə, ölkə Prezidentinin sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi 5 milli prioritet beynəlxalq təşəbbüslərlə tam uzlaşır. İqlim dəyişikliyinin aktuallığı ilə nəzərə alınaraq 1997-ci ildə Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı dövlət komissiyası yaradılıb. Ötən il yeni tərkibdə təsdiq edilmiş yeni komissiyasının fəaliyyəti BMT-nin iqlim dəyişikliyinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə mühüm əhəmiyyət kəsb edir. Həmçinin, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər Azərbaycanda istixana qazlarının həcminin 35 % azaldılması hədəflənir. Amma bu rəqəmin artırılması istisna edilmir".
Nazir müavini onu da bildirib ki, iqlim dəyişikliyi ilə bağlı təsirlərin azaldılması və bu təsirlərə uyğunlaşma sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT ilə əməkdaşlığıni davam etdirir.
Rəylər (0):