İşğaldan azad edilmiş ərazilərimizdə "Yaşıl Enerji Zonası"nın yaradılması üzrə Konsepsiyaya əsasən küçə və yolların işıqlandırılmasında günəş enerjisinə əsaslanan işıqlandırma qurğularından istifadə edilir. İndiyədək Ağdərə rayonunun Talış qəsəbəsində, Füzuli, Xocalı şəhərlərində bu tip qurğular quraşdırılıb və ərazilərin işıqlandırılması "yaşıl" enerji ilə həyata keçirilir.
Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.
Küçə və yolların işıqlandırılmasında günəş enerjisinə əsaslanan işıqlandırma qurğularının istifadəsi enerjiyə qənaət və səmərəlilik baxımından çox önəmlidir. Bu qurğuların quraşdırılması asandır və minimal texniki xidmət tələb edir.
Günəş enerjisi ilə işləyən işıq dirəkləri, hətta günəş olmadıqda belə fəaliyyət göstərən qabaqcıl texnologiya ilə təchiz olunub. Bu, elektrik enerjisinə çıxışı məhdud ərazilər üçün idealdır. Hazırda "ağıllı şəhər", "ağıllı kənd" modelini tətbiq edən əksər ölkələr məhz günəş enerjisi əsaslı işıq dirəklərinə müraciət edir.
Rəylər (0):