Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev və böyük məsləhətçisi Emil Kərimzadə “İspan şirkətləri üçün Enerji və Dayanıqlılıq” mövzusunda keçirilən sessiyada “Azərbaycanda bərpa olunan enerji mənbələrinin mövcud vəziyyəti” mövzusu ilə çıxış ediblər.
Renewables.az-a bu barədə BOEMDA-dan bildirilib.
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-İspaniya Biznes Forumu çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, texnologiya və rəqəmsallaşma mövzularında B2G sessiyaları təşkil olunub.