Finlandiya "yaşıl gələcəyə” doğru kursu dəstəkləyir, lakin ənənəvi enerji mənbələrindən asılılıq hələ də qalmaqdadır.
Bu barədə “Report”a Finlandiyanın keçmiş prezidenti Tarya Halonen bildirib.
Onun sözlərinə görə, ölkənin bərpa olunan enerji mənbələrinə keçid səylərinə baxmayaraq, neft və qaz kimi ənənəvi enerji növlərinə tələbat hələ də aktualdır.
"Mən "yaşıl enerji” keçidini dəstəkləyirəm. Lakin başa düşürəm ki, ənənəvi mənbələrdən hələ imtina edə bilmərik", - Halonen XII Qlobal Bakı Forumunun kuluarlarında bildirib.
Sabiq prezident həmçinin Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində göstəricilərini inkişaf etdirmək səylərini məmnunluqla vurğulayıb.
Tarya Halonen həmçinin qeyd edib ki, Bakı Forumu kimi tədbirlər beynəlxalq ictimaiyyətə hamını narahat edən məsələlərin həlli yollarının tapılması və həmrəylik üçün ümid verir.