"SOCAR Green" Azərbaycanın enerji infrastrukturuna CCUS inteqrasiya etmək niyyətindədir

AZƏRBAYCAN

image

“SOCAR Green” şirkəti Azərbaycanda karbon qazı tullantılarının azadılması üzrə həlləri aktiv şəkildə müəyyənləşdirir.

Bu haqda Trend-in sorğusuna şirkətdən verilən cavabda deyilir.

“2024-cü ildə təsis olunmuş “SOCAR Green” şirkəti Azərbaycanın enerji keçidi səyləri çərçivəsində karbon qazının tutulması, istifadəsi və saxlanılması üzrə (CCUS) texnologiyaların tədqiqi və inkişaf etdirilməsi ilə aktiv şəkildə məşğul olur.

CCUS sahəsi üzrə konkret layihələr erkən tərtibat mərhələsində olsalar da, “SOCAR Green” əsas diqqəti ölkənin enerji sektorunda karbon qazı tullantılarının azaldılması üçün innovativ həllərin üzə çıxarılması və təşviqinə yönəldib.

Bu təşəbbüslər əks təqdirdə ətraf mühitin çirklənməsinə yol açacaq tutulma, istifadə və təhlükəsiz saxlanma yolu karbonsuzlaşdırma üzrə həm milli, həm də qlobal hədəflərə dəstəyə yönəlib”, - deyə şirkətdən bildiriblər.

Öz fəaliyyəti çərçivəsində “SOCAR Green” Azərbaycanın özünməxsus enerji landşaftına uyğunlaşdırılmış daha effektiv CCUS texnologiyalarının ilkin qiymətləndirilməsi və tədqiqini həyata keçirmək məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.

“SOCAR Green, Azərbaycanın enerji infrastrukturuna CCUS texnologiyalarını inteqrasiya etməyə çalışır və bu texnologiyaları davamlı enerji sahəsində digər təşəbbüslərlə yanaşı tətbiq etməyi planlaşdırır. Bu layihələrin qiymətləndirilməsi və işlənib hazırlanması, “SOCAR Green”in az karbonlu iqtisadiyyatın yaradılmasına sadiqliyini və Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizə səylərində mühüm rol oynamasını təmin etmək əzmini əks etdirir”, – deyə şirkətdən bildirilib.



OXŞAR XƏBƏRLƏR