İrakli Qaribaşvili: Sualtı elektrik kabeli Avropanı Cənubi Qafqazla birbaşa birləşdirəcək

DÜNYA YAŞIL ENERJİ DƏHLİZİ

27 oktyabr 2023 10:56 (UTC+4)
image

Qara dəniz sualtı elektrik ötürücü kabeli Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında yaşıl enerji ticarətini asanlaşdıracaq, həmçinin bərpa olunan enerji və hidrogen istehsalını təşviq edəcək.

Renewables.az-ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 4-cü İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Baş nazir deyib ki, 2022-ci ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanan strateji saziş enerji tərəfdaşlığı üçün möhkəm zəmin yaradıb və Dünya Bankı artıq bunu iqtisadi cəhətdən sərfəli saziş hesab edir: “Biz gözləyirik ki, 2024-cü ildə layihənin tam texniki-iqtisadi tədqiqi aparılacaq. Həmçinin bu sualtı elektrik kabeli ilə paralel olaraq, fiberoptik kabel də Cənub-Şərqi Avropanı Cənubi Qafqazla birbaşa birləşdirəcək”.

OXŞAR XƏBƏRLƏR