Slovakiyanın “Moxovtse” AES-in 4-cü enerji bloku elektrik şəbəkəsinə qoşulub

17 Oktyabr 2026, 11:54 (UTC+4)
DÜNYA • NÜVƏ ENERJİSİ
EDITOR
image
Foto: World Nuclear News

Slovakiyanın mərkəzində yerləşən “Moxovtse” Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji bloku elektrik enerjisini milli şəbəkəyə ötürməyə başlayıb.

Renewables.az “World Nuclear News” nəşrinə istinadən xəbər verir ki, tam gücü ilə fəaliyyətə başladıqdan sonra yeni enerji blokunun Slovakiyanın elektrik enerjisi tələbatının təxminən 13%-ni qarşılayacağı gözlənilir.

Enerji blokunun işə salınması prosesi iyunun 29-da başlayıb.

Tikintisinə 6,7 milyard avro investisiya yatırılan blokun gücü təxminən 470 MVt təşkil edir.

Dördüncü enerji blokunun istismara verilməsi ilə Slovakiyanın elektrik enerjisi istehsalında nüvə enerjisinin payının 77,5%-ə çatacağı proqnozlaşdırılır.