2020-ci ildə qlobal günəş enerjisi 2019-cu ilə nisbətən 18 % və ya 138,2 QVt artıb.
“Berpaolunanenerji.az” bu barədə
“SolarPower Europe”nin
“Günəş Enerjisi üzrə Qlobal Bazar Baxışı” hesabatına istinadən xəbər verir.
Qurum tərəfindən hazırlanan rəsmi hesabata görə, 2020-ci ildə qurulan hər üç stansiyadan biri günəş elektrik stansiyası olub.
Hesabatda,
138,2 QVt günəş enerjisi gücünün qurulduğu və günəş texnologiyasının
39 %-lik qlobal bir paya çatdığı qeyd edilib.
Ötən il günəş enerjisinin gücü bir əvvəlki ötən ilə nisbətən
18 % artdı və beləcə, qlobal günəş enerjisinin qoyuluş gücü
773,2 QVt-a çatdı.
Yeni güclərin əlavə olunmasına görə, Çin liderdir. Belə ki, bu ölkədə günəş enerjisi üzrə
48,2 QVt yeni güc əlavə olunub. Çini
19,2 QVt-la ABŞ,
11,6 QVt-la Vyetnam,
8,2 QVt-la Yaponiya,
5,1 QVt-la Avstraliya izləyib.
“SolarPower Europe” növbəti illərdə günəş enerjisində əlavə olunacaq yeni gücləri belə təxmin edir:
-
2021-ci il – 163 QVt;
-
2022-ci il – 203 QVt:
-
2023-cü il – 225 QVt;
-
2024-cü il – 239 QVt;
-
2025-ci il – 266 QVt.
Qurumun proqnozlarına görə, növbəti illərdə qlobal günəş enerjisinin qoyuluş gücü:
-
2021-ci il – 900 QVt;
-
2022-ci il – 1,1 TVt:
-
2023-cü il – 1,3 TVt;
-
2024-cü il – 1,6 TVt;
-
2025-ci il – 1,8 TVt olacaq.